"İran ABŞla dustaqları dəyişməyə hazırdır"


Digərləri 22 Apr 2018 11:07:00 250 0

"İran ABŞla dustaqları dəyişməyə hazırdır"

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Tehranda casusluq və ya casusluğa cəhddə ittiham olunaraq saxlanılan ABŞ vətəndaşlarının aqibəti ilə bağlı Vaşinqtonla danışıqlarda nə üçün çətinliyin olduğunu izah edib.

Son.az report.az-a istinadən bildirir ki, o bu barədə CBS-yə müsahibəsində danışıb.

"Siz ölkəyə, onun xalqına, hökumətinə hörmətsizlik edərək, rejimin dəyişdirilməsi illüziyası da daxil olmaqla açıq iddialar irəli sürməklə danışıqlarda iştirak etmirsiniz. Belə olan halda əsl danışıqlar üçün yer qoymursunuz", - deyə Zərif bildirib.