Yerevanda Sarqsyanla müxalifət liderinin görüşü nəticəsiz başa çatıb


Dünya 22 Apr 2018 10:36:55 296 0

Yerevanda Sarqsyanla müxalifət liderinin görüşü nəticəsiz başa çatıb

Sarqsyan müxalifətçi deputatla qısa dialoqdan sonra görüşü tərk edib

Yerevanda Ermənistanın baş naziri Serj Sarqsyanla müxalifətçi deputat, etiraz aksiyalarına rəhbərlik edən Nikol Paşinyan arasında görüş olub.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Məlumata görə, görüş paytaxtdakı "Marriott" otelində baş tutub. Danışıqlar nəticəsiz başa çatıb. Sarqsyan müxalifətçi deputatla qısa dialoqdan sonra görüşü tərk edib.

Görüşün əvvəlində baş nazir bildirib ki, danışıqlar jurnalistlərin iştirakı olmadan aparılmalıdır. Paşinyan isə bunacavabında deyib ki, danışıqlarda ancaq onun istefası müzakirə ediləcək.

Daha əvvəl Nikol Paşinyan bildirib ki, danışıqlarda Sarqsyanın istefaya getməsi və hakimiyyətin dinc yolla ötürülməsi müzakirə ediləcək.

Ermənistanda Sarqsyanın baş nazir təyin edilməsi əleyhinə etiraz aksiyaları aprelin 13-dən davam edir. Müxalifət onu hakimiyyəti qeyri-effektiv idarə etməkdə və ölkədə iqtisadi vəziyyətin pisləşməsində ittiham edir.

Aksiyaçılar bazar ertəsi günü parlamentin binasına daxil olmağa cəhd göstəriblər. Polis əməkdaşları buna görə onları sıxışdırıb. Nəticədə onlarla insan xəsarət alıb.

Etirazçılar ertəsi gün Ermənistanda "məxməri inqilab"ıb başlandığını elan edib. Kütləvi etiraz tədbirlərinin gedişində yüzlərlə injsan xəsarət alıb və həbs edilib.