Fransa millisi üçün ayrılacaq mükafat açıqlanıb


İdman 22 Apr 2018 10:30:00 214 0

Fransa millisi üçün ayrılacaq mükafat açıqlanıb

Fransa Futbol Federasiyası (FFF) 2018-ci il dünya çempionatında milli komandanın çıxışına görə ayrılacaq mükafatın həcmini açıqlayıb. FİFA turnirin qalibinə 324 milyon avro köçürəcək. Goal.az xəbər verir ki, FFF Rusiyada baş tutacaq mundialda qalib gələcəyi halda həmin məbləğin 30%-ni futbolçulara verəcək. Beləliklə, hər futbolçuya 400 min avro düşəcək. Fransızlar AVRO-2016-da finala vəsiqə qaznadıqlarına görə hərəyə 240 min avro mükafat əldə etmişdi.