Ermənistanın baş naziri istefa şərtlərini açıqlayıb


Digərləri 22 Apr 2018 09:46:00 250 0

Ermənistanın baş naziri istefa şərtlərini açıqlayıb

Ermənistanın keçmiş prezidenti və hazırkı baş naziri Serj Sarqsyan istefa şərtlərini açıqlayıb.

Son.az report.az-a istinadən bildirir ki, baş nazir ölkənin təhlükəsiz inkişafını təmin etdikdən və Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına nail olduqdan sonra vəzifəsindən gedəcəyini bildirib.

Onun sözlərinə görə, Ermənistanda demokratiya heç vaxt "geridə qalmayacaq". Sarqsyan həmçinin deyib ki, onun baş nazir vəzifəsində olması "regiondakı mürəkkəb geosiyasətlə bağlıdır".