Çində iki qayığın toqquşması nəticəsində ölənlərin sayı 17yə çatıb


Dünya 22 Apr 2018 08:49:00 227 0

Çində iki qayığın toqquşması nəticəsində ölənlərin sayı 17yə çatıb

Çinin Quansi Cuan muxtar rayonunda 2 qayığın toqquşması nəticəsində həlak olanların sayı 17-yə çatıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, daha əvvəl 11 nəfərin öldüyü, 6 nəfərin isə itkin düşdüyü bildirilirdi.

Məlumata əsasən, axtarış-xilasetmə işlərində 8 qayıq və 200 canlı qüvvə iştirak edib.