Ağstafada piyadanı avtomobil vurub


Sosial 22 Apr 2018 08:35:18 257 0

Ağstafada piyadanı avtomobil vurub

Hadisə Qıraq Kəsəmən kəndində baş verib

Ağstafa rayonunda piyadanı avtomobil vurub.

"Report"un Qərb bürosunun məlumatına görə, 1953-cu il təvəllüdlü Babayev Ələstün Əli oğlu Qıraq Kəsəmən kəndində yolu keçmək istəyən zaman onu "VAZ-2106" markalı avtomobil vurub.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.