Azərbaycanda ağır yol qəzası baş verib, xəsarət alanlar var FOTO


Digərləri 22 Apr 2018 08:22:00 222 0

Azərbaycanda ağır yol qəzası baş verib, xəsarət alanlar var  FOTO

Goranboyda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Son.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Qızılhacılı kəndində baş verib.

İlkin məlumata görə, hərəkətdə olan mikroavtobus və "VAZ 2107" markalı minik  avtomobilinin toqquşması nəticəsində 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan bir nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Vəziyyəti ağır olan  şəxs 1994-cü il təvəllüdlü Qurbanzadə Toğrul Eynulla oğludur,  vəziyyətləri kafi olan - 1992-ci il təvəllüdlü Quliyev Fuad Faiq oğlu, 1994-cü il təvəllüdlü Şəkərli Aqil Novruz oğludur.  

Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid fotolar