Səhiyyə sahəsi üzrə inzibati xətalara baxmaq səlahiyyəti olan vəzifəli şəxslər müəyyən edildi


Digərləri 22 Apr 2018 07:54:48 241 0

Səhiyyə sahəsi üzrə inzibati xətalara baxmaq səlahiyyəti olan vəzifəli şəxslər müəyyən edildi

Səhiyyə naziri səlahiyyətlərini icra edən Oqtay Şirəliyev "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı”nı təsdqi edib.

Bakı. İlhamə İsabalayeva - Səhiyyə naziri səlahiyyətlərini icra edən Oqtay Şirəliyev "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı”nı təsdiq edib. Trend-in məlumatına görə, O.Şirəliyevin bununla bağlı verdiyi əmrə əsasən, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarların informasiya modulu vasitəsi ilə "ASAN ödəniş" sisteminə daxil edilməsi təmin ediləcək. Əmrdə qeyd edilir ki, İnzibati Xətalar Məcəlləsinin 210, 225.1, 428.4, 428.4-1 və 452-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə səhiyyə naziri, səhiyyə nazirinin müavinləri, Aparatın rəhbəri, onun müavini, Hüquq və daxili nəzarət sektorunun müdiri baxacaq.