"Anamın hiyləsini anladım, Allaha yalvarıram ki..." Kamilə Babayeva HƏR ŞEYİ ETİRAF ETDİ FOTO


Şou-biznes 22 Apr 2018 07:41:00 420 0

"Anamın hiyləsini anladım, Allaha yalvarıram ki..."  Kamilə Babayeva HƏR ŞEYİ ETİRAF ETDİ  FOTO

Son.az bildirir ki, bu dəfə publika.az-ın "Üç nöqtə" layihəsinin yarımçıq suallarını tanınmış aparıcı Kamilə Babayeva tamamlayıb.

Sevilən aparıcının fikirlərini təqdim edirik:

- İndiki ağlım olsaydı...

- İndiki ağlım olsaydı, hansısa səhvi etməzdim deyə düşünmürəm. Səhvim yoxdur, mükəmməl insanam. Bu, ətrafda olan dostlarımın və ailəmin fikri sayəsində formalaşıb. Oxucular ciddi qəbul edə bilər, təbii ki, zarafat edirəm (Gülür).

- Dünyanı dəyişmək imkanım olsaydı...

- Əzəldən yaratmazdım.

- Kişilər o qadınlara xəyanət etmir ki...

- Bilmirəm, bəlkə kişi olsaydım, cavab verərdim.

- Seviləsi qadın olmağın ilkin şərti...

- Birinci növbədə özün özünü sevməlisən.

- Qadınlar yaşını ona görə gizlədir ki...

- Məndən yaşımı niyə gizlətdiyimi soruşsanız, deyərəm ki, anam icazə vermir. Bir müddət belə oldu, sonra anladım ki, anam istəmir ki, onun yaşını bilsinlər. Bu səbəbdən də mənə şərt qoymuşdu. Amma onun hiyləsini anladım. Hərənin öz motivasiyası var.

- Qadına qarşı şiddət...

- Belə xəbərlər eşidəndə üzülürəm, özümü pis hiss edirəm.

- Təəssüf edirəm ki...

- Ümumiyyətlə, təəssüf etməyi sevmirəm. Kaş ki, olardı, kaş ki, yaşayardım demirəm. Çünki bunu zəiflik əlaməti kimi qəbul edirəm. Lap peşman olsam da, özümə bunu etiraf etməyi xoşlamıram.

- Vanqa nənə ilə görüşsəydim...

- Vallah Vanqadan çox bilirəm, deyirlər ki, 6-cı hissim güclüdür. Hətta yaxınlarıma bu barədə məsləhətlər də verirəm.

- Küsülü olduğum insana demək istəyirəm ki...

- İnanırsınız ki, küsülü olduğum insan yoxdur. Bir nəfər məndən küsmüşdü, onunla da bu yaxınlarda barışdım, ürəyim yerinə gəldi. Sevmədiyim insanlar var, çalışıram ki, onlarla ünsiyyət qurmayım.

- Tənhalıq insan üçün lənətdir, yoxsa...

- Bu, insandan, onun həyata olan baxışlarından və fəlsəfəsindən asılıdır. Bəlkə də kimsə bunu lənət kimi qəbul etmir.

- Kiminsə yalan danışdığını hiss edəndə...

- Hər halımdan bilinir. Özüm danışmasam da, bədən dilim danışacaq. Bədən dilimi birtəhər susdursam, gözlərim danışacaq. Nə cürsə, bildirəcəm ki, qarşı tərəfin dediklərində boşluq var.


Xəbərə aid fotolar