"İlhamə Quliyeva dedi ki, qoyma..."


Şou-biznes 22 Apr 2018 07:32:00 297 0

"İlhamə Quliyeva dedi ki, qoyma..."

Əməkdar artist Nüşabə Ələsgərli ilə müğənni Tunar Rəhmanoğlu arasındakı qalmaqal səngimək bilmir. 

Son.az axşam.az-a istinadən bildirir ki, T.Rəhmanoğlu "5/5" verilişinə zəng edərək məsələ ilə bağlı açıqlama verib. O, Ələsgərlinin oğlunun kiçik toyunda çəkilən videonu qəsdən özünün yayması iddialarını rəd edib:

"Video mənim telefonumda da var, amma onu mən yaymamışam. Necə yayıldığından da xəbərsizəm. Bizim ailə həmin toya dəvət olunmamışdı. İbrahim Tatlısəs Bakıya gələndə atam da, mən də onun yanında oluruq. O da məni həmişə səhnəyə çıxardıb. Özü də deyir ki, Tunar demir, məni səhnəyə çıxart. Məclisdə də mənim oxumağımı istədi. Dedilər ki, niyə Tunar oxuyur? Amma mənim çıxışım heç 5 dəqiqə çəkmədi. Orada mənim 26 yaşım var idi. 10-12 keçib. Bizimkilərin etdiyinə hərəkətə görə pis oldum və mikrofonu verib getdim".   Daha sonra N.Ələsgərli efirə zəng vuraraq hadisədən danışıb. O, videoda mərhum xalq artisti İlhamə Quliyevanın da etiraz etməsinə münasibət bildirib: