Dünyanın ən yaşlı insanı vəfat edib


Dünya 22 Apr 2018 04:55:19 266 0

Dünyanın ən yaşlı insanı vəfat edib

Nabi Tacima 117 yaşında dünyasını dəyişib

Yaponiyada Yer kürəsinin ən yaşlı insanı dünyasını dəyişib.

“Report” "Associated Press"ə istinadən xəbər verir ki, yaponiyalı Nabi Tacima 117 yaşında vəfat edib.

O, 1900-cu ildə dünyaya gəlib. Qadının 160-dan çox törəməsi var.

Nabi Tacima 7 ay əvvəl yamaykalı Vayolet Braunun 117 yaşında vəfatından sonra dünyanın ən yaşlı insanı olub.

İndi dünyanın ən yaşlı insanı yaponiyalı Çiyo Yoşidadır. Qadının 116 yaşı var.