Ermənistan müxalifətinin lideri etirazların bazar günü davam edəcəyini bildirib


Digərləri 22 Apr 2018 01:38:00 201 0

Ermənistan müxalifətinin lideri etirazların bazar günü davam edəcəyini bildirib

Ermənistanda Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı keçirilən etiraz aksiyası bazar günü dava edəcək

Bakı. Ermənistanda Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı keçirilən etiraz aksiyası bazar günü dava edəcək. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu müxalif deputat, Yerevanda Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı keçirilən etiraz aksiyasının lideri Nikol Paşinyan ölkə prezidenti ilə görüşündən sonra bildirib. N.Paşinyan deyib: "Sabah 11:00-da biz güclü aksiya keçirəcəyik ki, bizim danışıqlarda mövqeyimiz möhkəm olsun".