Gəncədə iki avtomobil toqquşub, bir nəfər xəsarət alıb


Sosial 21 Apr 2018 23:54:03 248 0

Gəncədə iki avtomobil toqquşub, bir nəfər xəsarət alıb

Qəza Gəncə - Şəmkir avtomobil yolunda baş verib

Gəncə - Şəmkir avtomobil yolunda xəsarətlə nəticələnən avtomobil qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, iki "Mercedes" markalı avtomobilin toqquşması nəticəsində sürücülərdən biri, 1991-ci il təvəllüdlü Gəncə şəhər sakini Qəmbər Mollayev müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.