Gəncədə iki avtomobil toqquşub, xəsarət alan var


Digərləri 21 Apr 2018 23:57:00 255 0

Gəncədə iki avtomobil toqquşub, xəsarət alan var

Gəncədə xəsarətlə nəticələnən yol qəzası baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Gəncə-Şəmkir avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan iki "Mercedes" markalı avtomobilin toqquşması nəticəsində avtomobillərdən birinin sürücüsü 1991-ci il təvəllüdlü Qəmbər Mollayev xəsarət alıb. Ona tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.