Samuxda maşının təkəri partladı, aşdı, sürücü xəsarət aldı


Digərləri 21 Apr 2018 23:24:00 276 0

Samuxda maşının təkəri partladı, aşdı, sürücü xəsarət aldı

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir

Samux rayonunda sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, 1980-ci il təvəllüdlü rayon sakini Məmmədov Elman Həsənəli oğlunun idarə etdiyi avtomobilin təkəri hərəkətdə olan zaman partlayıb.

Bu zaman sürücü idarəetməni itirərək avtomaşını aşırıb. Nəticədə E.Məmmədov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. .

Faktla bağlı araşdırma aparılır.