Göygöldə Bakı sakini ağır xəsarət alıb


Digərləri 21 Apr 2018 23:18:00 230 0

Göygöldə Bakı sakini ağır xəsarət alıb

Bakı şəhər sakini Göygöldə yıxılaraq ağır xəsarət alıb.

Son.az APA-ya istinadən xəbər verir ki, Bakı şəhər sakini 1967-ci il təvəllüdlü Fazil İbrahimov usta kimi çalışdığı Göygöl rayonunda dəmir kəsən zaman ehtiyatsızlıq nəticəsində yıxılıb. Müxtəlif bədən xəsarətləri alan F. İbrahimov xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.