Samuxda maşın təkərin partlaması nəticəsində aşıb, sürücü xəsarət alıb


Sosial 21 Apr 2018 22:34:34 284 0

Samuxda maşın təkərin partlaması nəticəsində aşıb, sürücü xəsarət alıb

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir

Samux rayonunda sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, 1980-ci il təvəllüdlü rayon sakini Məmmədov Elman Həsənəli oğlunun idarə etdiyi avtomobilin təkəri hərəkətdə olan zaman partlayıb.

Bu zaman sürücü idarəetməni itirərək avtomaşını aşırıb. Nəticədə E.Məmmədov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.