Palçıqlı gölməçədən tapılan qidanın faydası


Digərləri 21 Apr 2018 22:40:00 265 0

Palçıqlı gölməçədən tapılan qidanın faydası

Çinlilərin illərdir yedikləri at sidiyi yumurtasının faydalı olduğu aşkar edilib.

Son.az medicina.az-a istinadən bildirir ki, mütəxəssislər bu yumurtanın diş ağrısına müsbət təsir göstərdiyini bildiriblər. Əksər çinli bu qidadan diş ağrıları zamanı istifadə edir. Yumurtanın diş ağrısını azaltdığı bildirilir.

Bəs at sidiyi yumurtası nədir?

Bu qidanın əsrlik tarixi mövcuddur. Belə ki, söylənənlərə görə, bir gün kəndlinin biri palçıqlı gölməçədə ördək yumurtası tapıb. Dadı xoşuna gəldiyi və yumurtanın zəhərləmədiyini gördüyü üçün özü də yumurtaları bu cür saxlamağa başlayıb. Beləliklə də Çinin və Asiya şəhərlərinin illərdir, sevərək yediyi qida ortaya çıxıb.