Bu möcüzəvi bitki min bir dərdin dərmanı imiş


Digərləri 21 Apr 2018 22:25:00 315 0

Bu möcüzəvi bitki min bir dərdin dərmanı imiş

Söhbət sağlamlığımızdan gedirsə, müasir tibbi yeniliklərdən kənarda qalmaq istəmirik.

Son.az metbuat.az-a istinadən bildirir ki, son yüz ildə sağlam həyat naminə tibb elmi xeyli nailiyyətlər əldə edib. Lakin hər günümüzü, hətta hər saatımızı həkim nəzarətində keçirmək mümkün deyil. Uluların qədimdən qalan təbii müalicə vasitələri imkan verir ki, özümüz öz həkimimiz olaq. Bu təbii vasitələrdən biri də goji berry meyvəsidir. Himalay dağlarında bitən bu kiçik, qırmızı meyvənin insan sağlamlığına faydası hələ də günbəgün kəşf edilməkdədir. Yeddi əsrdən çoxdur ki, Çində şəfa mənbəyi sayılan goji berry bu gün bütün dünyanın diqqət mərkəzindədir. Çünki bu meyvə insan orqanizminin ən xeyirxah dostudur.

1. Qocalmanı ləngidir

Əgər insan sağlamdırsa, o, sürətlə qocalmır. Goji berry qocalmanı ləngidir deyəndə, elə bilməyin ki, o, zamanı sıfırladır. Xeyr, bu mümkünsüzdü. Sadəcə, goji berry-nin tərkibindəki liflər və antioksidanlar dəri qırışmasının qarşısını alır. Dəri səthindəki sərbəst radikal birləşmələrin təsirini yox edir. Ən əsası, dəri xərçənginə tutulma riskini azaldır.

2. Depressiyanı zəiflədir

Tərkibindəki zəngin minerallar sayəsində goji berry insanı daim yüksək əhval-ruhiyyədə saxlayır. Təlaşlanmağa və depressiyaya düşməyə imkan vermir. Təsadüfi deyil ki, goji berry Çində həyat enerjisini artıran sehrli bitki hesab olunur.

3. C vitamini mənbəyi

İmmuniteti artıran C vitamini soyuqlamış orqanizm üçün "qızıl mədəni" rolunu oynayır. Goji berry-nin tərkibindəki C vitamininin miqdarı portağala nisbətən 3 dəfə artıqdır. Bir gün isti, bir gün soyuq keçən yaz aylarında goji berry soyuqdəyməyə qarşı ən etibarlı silahdır.

4. Artıq yağları əridir

Goji berrynin tərkibində 19 adda amin turşusu var. Bildiyimiz kimi, amin turşuları əzələləri yeniləyir və böyüməsinə təsir edir. Bununla yanaşı, artıq yağlardan yaxa qurtarmağa da kömək edir. Sağlam kökəlmək istəyirsinizsə, goji berry meyvəsindən bolluca yeməli və tez-tez də çiy su içməlisiniz.

5. Həzm prosesini yaxşılaşdırır

Uzaq Şərqin bu sirli meyvəsi həzm sistemi xəstəliklərinin sağalmasına kömək edir. Qastrit kimi mədə xəstəliklərinin müalicəsində əvəzsizdir. Çində həzm prosesi üçün goji berry meyvəsinin suyu daha çox istifadə edilir.