Əslində Sən Kimsən? – özünü kəşf etmək yolu


Digərləri 21 Apr 2018 22:10:00 257 0

Əslində Sən Kimsən? – özünü kəşf etmək yolu

Sən əslində kimsən? Özünü tanıyırsanmı? Həqiqətən nəyə ehtiyacın var bilirsənmi? Özünü tanımaq, nəyə ehtiyacın olduğunu və nəyə ehtiyacın olmadığını bilməkdir. Bu çox əhəmiyyətlidir və hətta mənə görə müdriklikdir.

Həyatda etdiyin bir çox şey, yoxluğunu hiss etdiyin ya da sənə yaxşı təsir edəcəyini düşündüyün üçün etdiyin şeylərdir. Amma özünü tanımırsansa, bəlkə dərman deyə etdiyin şey, sənə ən çox zərər verəndir. Yaxından baxanda anlamaya bilərsiniz. Özünüzü bir az tanımaq üçün kənardan baxmaq lazımdır. Özünü tanımaq uzun bir yoldur, bu yazıda sizə yalnız başlanğıc üçün bəzi məsləhətlər verəcəm.

Mili.Az banco.az-a istinadən bildirir ki, bəzi suallar verəcəyəm, səndə bu sualları özündən soruşmalısan. Heçkimin olmadığı bir vaxt bu sualları özün cavablandırmalısan. Bir növ özünlə söhbət edəcəksən, onu tanımaq üçün ondan suallar soruşacaqsan.