Bütün günü yorğunam, yuxum gəlir – Halsızlığın


Digərləri 21 Apr 2018 21:40:00 274 0

Bütün günü yorğunam, yuxum gəlir – Halsızlığın

Yorğunluq, halsızlıq hətta aktiv iş, idmanla məşğul olan adamı da yaxalaya bilər. Son zamanlar çox insan halsızlıqdan şikayətlənir. Bunu yaz aylarına bağlayanlar da var. Amma əslində yorğunluq insanı getdikcə tənbəlləşdirən, depressiyaya salan, səhhətndə ciddi dəyişikliklər yaradan köklü səbəbləri olan bir simptomdur.

Son.az medicina.az-a istinadən bildirir ki, əgər son 3 aydır səbəbli-səbəbsiz yorğunluq halı sizi tərk etmirsə, o zaman aşağıdakı səbəbləri araşdırın:

-Yediyiniz qidalar -Qəbul etdiyiniz dərmanlar, onların yan təsirləri- xüsusən antihistamin preparatlar -Alkoqol -Pəhriziniz

Əgər bu hallardan ikisi varsa, o zaman onları korrektə etməlisiz. Daha sağlam qida rejiminə keçməli, dərmanla bağlı həkiminizlə məsləhətləşməli, özbaşına saxladığınız pəhrizi yox, dietoloqun təyin etdiyi pəhrizi seçməli.

Əgər bunlar yoxdursa, o zaman yorğunluq və yuxululuğun səbəblərini xəstəliklərdə axtarın.

Anemiya-qanazlığı Müraciət etdiyiniz ilk terapevt sizi qan analizinə göndərib, hemoqlobinin səviyyəsini yoxlayacaq. Anemiya əslində heç xəstəlik də deyil, bu bir vəziyyətdir, hansı ki, toxumalara lazımi qədər oksigen catmır. Qanda hemoqlabin az olduqda, eritrositlər oksigeni daşıya bilmir, oksigen aclığı yaranır, burdan da halsızlıq, yorğunluq, əsnəmək başlayır. Anemiyanın əlamətləri: bənizdə rəngin ağarması, saralması, təngnəfəslik, başgicəllənmə, baş ağrıları, soyuq ovuclar və ayaqlar. Ola bilər ki, qanda hemoqlobin normal görünsün, amma gizli dəmir çatışmazlığı olsun. Bunun üçün xüsusi ferritin zülalına analiz vermək lazımdır ki, orqanizmdə dəmirin səviyyəsini öyrənəsiz. Həmçinin B12 vitamin əskikliyi də anemiya yaradır.