Moskvada qasırğa nəticəsində 2 nəfər ölüb, 17 nəfər xəsarət alıb


Dünya 21 Apr 2018 21:30:59 276 0

Moskvada qasırğa nəticəsində 2 nəfər ölüb, 17 nəfər xəsarət alıb

Onlardan 14-ü xəstəxanaya yerləşdirilib

Rusiyanın paytaxtı Moskva şəhərində baş vermiş qasırğa nəticəsində, son məlumatlara görə, biri uşaq olmaqla 2 nəfər ölüb, daha 17-si xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə paytaxtın Səhiyyə Departamentinin rəhbərinə istinadən RİA "Novosti" məlumat yayıb.

"Hazırda 17 nəfər xəsarət alıb və müraciət edib, onlardan 14-ü xəstəxanaya yerləşdirilib. Bunların üçü uşaq, 11-i böyükdür", — deyə həmsöhbət qeyd edib.