Ermənistan prezidenti müxalifət lideri ilə görüşüb


Dünya 21 Apr 2018 21:29:00 232 0

Ermənistan prezidenti müxalifət lideri ilə görüşüb

Ermənistan prezidenti Armen Sarkisyan Yerevanın Respublika meydanında keçirilən etiraz aksiyasına gələrək müxalifət lideri Nikol Paşinyanla görüşüb.

Son.az APA-ya istinadən xəbər verir ki, görüşdən sonra A.Sarkisyan etirazçılarla dialoqun aparılacağına ümidvar olduğunu bildirib.

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın baş nazir olması ilə bağlı etiraz aksiyaları aprelin 13-dən başlayıb. Etirazlara baxmayaraq, aprelin 17-də Serj Sarkisyan parlamentdə keçirilən xüsusi iclasda bu posta təyin olunub.