Bərdədə sahələrdən yazlıq soğan yığılır VİDEO


Digərləri 21 Apr 2018 21:07:00 274 0

Bərdədə sahələrdən yazlıq soğan yığılır  VİDEO

Hər bir xörəyə dad verən bu qida məhsulu ötən illə müqayisədə daha çoxdur. Kəndlilər becərdikləri məhsulun satış qiymətindən də razıdırlar.

Bərdədə soğan yığımına başlayıblar.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, aqrotexniki qaydalara uyğun yetişdirilən soğan kəndlinin gözlədiyindən də yaxşı məhsul verib.Ötən il bir hektar sahədən 30 ton məhsul götürülürdüsə bu il bir hektar sahədən 40-50 ton məhsul yıgılır.Bu il qiymətlər də dəyişib.Ötən ilə nisbətən bahalaşıb.Soğanın bir kiloqramını kəndlilər 20-25 qəpiyə satırdılarsa, bu il bu rəqəmlər 30-35 qəpik arası dəyişir.

Məhsulun alıcısı da var. Təsərrüfat sahibləri soğanı elə yerində satırlar.


Xəbərə aid video