Raufla heç-heçə edən Maqnus Karlsen mətbuat konfransına gəlmədi


İdman 21 Apr 2018 21:07:00 313 0

Raufla heç-heçə edən Maqnus Karlsen mətbuat konfransına gəlmədi

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2018 superturnirində III tur davam edir.

Goal.az xəbər verir ki, hesabat turunda Azərbaycan şahmatçısı Rauf Məmmədov dünya çempionu Maqnus Karlsenlə heç-heçə oynayıb.

Maraqlıdır ki, Rauf Məmmədovla xalı yarı bölən norveçli şahmatçı partiyadan sonra ənənəvi mətbuat konfransında iştirak etməyib.

ShamkirChess 2018 superturnirinin mətbuat xidməti xəbər verir ki, Maqnus Karlsen yarış zalından birbaşa məskunlaşdığı otelə yollanıb.