"TürkiyəAzərbaycan təhsil körpüsü" adlı konfrans keçirildi VİDEO


Digərləri 21 Apr 2018 20:56:00 276 0

"TürkiyəAzərbaycan təhsil körpüsü" adlı konfrans keçirildi  VİDEO

"Kaspi" təhsil şirkətinin təşkilatçılığı ilə "Türkiyə-Azərbaycan təhsil körpüsü" adlı konfranskeçirilib. Tədbirdə Türkiyə və Azərbaycan arasında təhsil sahəsində geniş imkanların olduğu bildirilib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, "Kaspi" Təhsil şirkətinin təşkilatçılığı ilə "Türkiyə-Azərbaycan təhsil körpüsü" adlı konfranskeçirilib. Tədbirdə çıxış edən "Kaspi" Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva "Kaspi" şirkətinin bir çox ölkələrin nüfüzlu universitetləri ilə sıx əməkaşlıq qurduğunu bildirib. Qeyd edib ki, Türkiyə ilə Azərbaycanın əməkdaşlığında inkişaf daha sürətlə davam edəcək.Təhsil üçün Azərbaycanın doğru məkan olduğunudeyən, Sona Vəliyeva ulu öndər Heydər Əliyevin təhsil haqqında dediyi fikirləri xatırladıb.

Konfransda çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral bildrib ki, Türkiyənin Bakıda konfrans keçirməsi heç də təsadüfü deyil. Azərbaycan müstəqilliyini elan etdikdən bu yana Türkiyədə 125 minazərbaycanlı təhsil alıb.

Tədbidə Türkiyə və Azərbaycan universitetlərinin rəhbərləri "Azərbaycan və Türkiyə arasında təhsil təcrübə mübadiləsi","türkiyədə ali təhsil imkanları" və digər mövzularlarda müzakirələr aparıblar.


Xəbərə aid video