Orqanizmi kif və göbələklərdən necə təmizləyək


Digərləri 21 Apr 2018 20:40:00 315 0

Orqanizmi kif və göbələklərdən necə təmizləyək

Hər bir insan orqanizmində göbələk var. Göbələklər - çox qədim sivilizasiyadır, insandan əvvəl yaranıb, amma insan orqanizmini çox sevir. Biz çox şeyləri ətrafımızdan təmizləyə bilərik, amma göbələkdən yaxa qurtarmaq mümkün deyil. əgər bir insanın bədənində göbələk kökünü atıb, məskən saldısa, deməli, səhhəti ilə bağlı problemlərə hazır olmalıdır.

Göbələklər müxtəlif olur: aşağı, zəif dərəcəli - bunlar kif adlanır. 50-dən çox növü olan göbələklərin genetik kodu var, onlar koloniya şəklində yaşayır. Yəni yanaşı bir neçə göbələk və artmağa, yayılmağa meyillidirlər. Bir göbələk digər göbələk elementi ilə seqment bağlılıqdadır. Əgər siz orqaznizminizi göbələklərin əsiri etmək istəmirsizsə, bunun bir yolu var: göbələyi ac saxlamaq, onu qidalandırmamaq.

Son.az medicina.az-a istinadən bildirir ki, məsələn, çörək qabında köhnə çörək var, o kiflənib. Əgər siz çörəyi götürsəz, qabın dibində kif qalığı qalsa, bir neçə müddətsən sonra bu kif quruyub gedəcək. əgər çörək qalsa, o çörəyi yeyərək artacaq, güclənəcək.

Göbələk və kif zülal tərkibli qidalar yeyir, çünki ona ən çox amin turşuları lazımdır. İstənilən mayalı məhsul kif təhlükəsidir. Kif göbələkləri bir-birinə bağlıdır və eyni mühitdə bir neçə növü rahatca arta bilər. İnsan üçün ən patogen kif -kandidadır. Lakin ondan da təhlükəliləri var: aspirqirus, qara kif, mukurusumusuz. Kif əslində bir neçə göbələklərin birləşmiş formasıdır. Dırnaqlarda, ayaqlarda olan göbələk də bir növdür. Elə göbələklər var limfatik düyünləri zədələyir, eləsi var döş qəfəsində olur, eləsi də var yalnız dırnaq dibində yaşayır. Stomatit ağız boşluğunda yayılan göbələkdir, vaginit cinsi orqanda yaşayır. Bəzi göbələklər dəridə piy vəzidə artır, ekzema, psoriaz, neyrodermit yaradır - bunlar yüksək sinif A klas göbələklərdir.

Orqanizmə göbələk hansı yolla düşür? - Xarab olmuş, keyfiyyətsiz qida ilə -Çirkli su ilə -Havadan -Köhnə parça əşyalardan, geyimlərdən -Kiflənmiş istənilən meyvə-tərəvəzdən -Əgər meyvə, tərəvəz, çörək qabında azca kif varsa, deməli orda olan hər bir ərzaqda artıq göbələk var.