Astarada piyadanı maşın vurub


Sosial 21 Apr 2018 20:06:22 260 0

Astarada piyadanı maşın vurub

Qəzanı süd toplayan avtomaşının sürücüsü törədib

Astara rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Cənub bürosunun məlumatına görə, 1961-ci il təvəllüdlü Təngərüd kənd sakini Ağayev Elman Mirbaba oğlu yolu keçərkən kənddə emal üçün süd toplayan Masallı sakininin idarə etdiyi avtomaşın tərəfindən vurulub.

Yaralı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.