Məsumların bizim halımızdan dəqiq xəbərləri var


Digərləri 21 Apr 2018 20:15:00 257 0

Məsumların bizim halımızdan dəqiq xəbərləri var

Son.az deyerler.org-a istinadən bildirir ki, Seyyid Abbas Kəmali nəql edir: "İmam Rzanın (ə) hərəmində ziyarətnamə oxumaqla məşğul idim. Dostlarımdan birini gördüm ki, çox qəmli və pərişan halda hərəmdən çıxıb gedirdi. Mənə çatanda, halını soruşdum. Başa düşdüm ki, pulsuzluq onu çarəsiz hala salmışdır.

Ona görə də əlimi cibimə atdım və nə pulum vardısa, çıxardıb ona təklif etdim. O, xəcalətindən qəbul etmədi. Mən ona dedim: "Biz ki, dostuq. Ola bilsin ki, mən də bir gün ehtiyaclı olum və səndən pul istəyim. Gəl bunları götür və xərclə. Ehtiyaclarını aradan qaldır".

O, çarəsiz halda pulları aldı və hərəmdən xaric oldu. Bir müddət sonra ki, bir-birimizi gördük, mənə dedi: "Əziz dostum! Bilirsənmi ki, həmin günü nə baş verdi?".

Dedim: "Xeyr".