Əlləriniz titrəyir? –


Digərləri 21 Apr 2018 20:05:00 220 0

Əlləriniz titrəyir? –

Əllərin qeyri-ixtiyari titrəməsi - əslində Parkinson xəstəliyinin simptomudur. Qəfildən yaranır, çox insanları qorxudur.  Lakin bu xəstəlik əllərin titrəməsinin səbəblərindən yalnız biridir.

Son.az medicina.az-a istinadən bildirir ki, müəyyən dərəcədə əllərin əsməsi normal insan üçün normal haldır. Belə tremor geniş yayılıb.  Fizioloji titrəmə adlanan bu tremoru yaradan və gücləndirən səbəblər çoxdur, əksəriyyəti həyat tərzi ilə əlaqədardır.

1.Yorğunluq - istirahət və yuxu pozulması səhər tezdən insanın əlində titrəmə verə bilər. Xüsusən çay, qəhvə hazırlayanda, stəkan tutanda bu hiss olunur. Bir də axşamlar yatmazdan əvvəl başlaya bilər. 2.Kofein - həddən artıq kofeinli içkilər qəbulu əlləri əsdirir. Sutkalıq doza 300 mü-dan çox olmamalıdır. 3.Stress, həyəcan - psixoloji əsmə verir. 4.Bəzi dərmanlar - hormonal dərmanlar, antidepressantlar, litiy kimi preparatlar əllərin əsməsinə səbəb ola bilər.

ESSENSİAL TREMOR