Hindistanda pedofillər edam ediləcək


Digərləri 21 Apr 2018 19:51:00 230 0

Hindistanda pedofillər edam ediləcək

Hindistan hökuməti 12 yaşa qədər olan qızları qrup şəklində zorlayan cinayətkarlara qarşı edam cəzasının tətbiq edilməsi haqqında fərman imzalayıb.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Fərman  "Uşaqların cinsi zorakılıqdan qorunması haqqında" qanuna edilmiş düzəliş əsasında imzalanıb.  Qanun dəyişikliyində eyni zamanda qadınları və yeniyetmə qızları zorlayan şəxslərin həbs müddətlərinin uzadılması nəzərdə tutulub.