Hansı nazir postlarına təyinat olmadı?


Siyasət 21 Apr 2018 19:47:00 239 0

Hansı nazir postlarına təyinat olmadı?

Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb.

Son.az oxu.az-a istinadən bildirir ki, hökumətin tərkibi haqqında sərəncama əsasən, bəzi nazirlik və dövlət komitələrinə təyinat həyata keçirilməyib.

Bura Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Mədəniyyət Nazirliyi və Dövlət Gömrük komitəsi daxildir.