Çayın qadınlar üçün inanılmaz faydası aşkar olunub


Digərləri 21 Apr 2018 19:25:00 270 0

Çayın qadınlar üçün inanılmaz faydası aşkar olunub

İsveç alimləri çayın növbəti faydasını aşkar ediblər. Araşdırmlar göstərib ki, çay xərçəngin inkişafına səbəb olan genlərə təsir edir.

Son.az saglamolun.az-a istinadən bildirir ki, Uppsal Universiteti alimləri aşkar ediblər ki, müntəzəm olaraq çay içən qadınlarda xərçəngə səbəb olan genlərdə dəyişikliklər baş verir və estrogenin səviyyəsi aşağı düşür.

Estrogenlərin qadın orqanizmində yüksək səviyyədə olması bəzi xərçəng növlərinin (yumurtalıqlar, uşaqlıq və s.) riskini artırır. Lakin çayın istehlakı estrogenlərin səviyyəsini aşağı salır və bununla da qadın orqanizminə xərçəngəleyhinə təsir göstərir.