Uşaqlarda nitq inkişafı ləngiməsinin bioloji təbabətlə müalicəsi


Digərləri 21 Apr 2018 19:05:00 321 0

Uşaqlarda nitq inkişafı ləngiməsinin bioloji təbabətlə müalicəsi

Təəssüf ki, son statistikaya görə,  hər 4 uşaqdan birində nitq ləngiməsi qeyd olunur. Daha çox oğlan uşaqlarında yayılıb. Normal, düzgün nitq inkişafının göstəriciləri bunlardır:

-3-4 aylıq körpədə qığıldama səsləri nitq elementləri kimi qəbul olunur -6-7 ayında körpələrdə qısa hecaların təkrarlanması başlayır -1 yaşlı körpənin nitqində bir neçə söz olur -2-3 yaş arası uşağın nitqində kiçik cümlələr olur, öz fikrini ifadə etməyə çalışır -3-5 yaş arasında müxtəlif kiçik qüsurlar pozulma hesab olunmur. Bu yaş qrupunda onların söz ehtiyatı artır. -5 yaşlı uşaq səlist, sərbəst, aydın danışır

Son.az medicina.az-a istinadən bildirir ki, uşağın yaşına uyğun psixi, motor, nitqi inkişafının olması üçün onun sağlam sinir sistemi olmalıdır. Baş beyin qabığında hissiyatı, hərəki funksiyanı, eşitməni, görməni, nitri requlə edən mərkəzlər var. Dominan sol yarımkürənin alın payında motor mərkəz, gicgah payında sensoz mərkəz yerləşir. Bu nahiyələrdəki hüceyrələrin müxtəif səbəblərdən aktivliyinin və sıxlığının normadan fərqlənməsi, hüceyrələr arası sinapsların zəifliyi, beyin qan dövranı inkişafının qüsurları nitq inkişafının ləngiməsinə səbəb olur.

Nitq ləngiməsi sərbəst və yanaşı olmaqla 2 qrupa bölünə bilər. Beynin digər funksiyaları tam yaşa uyğun inkişaf edən halda olan nitq ləngiməsi sərbəst adlanır. Nitqlə yanaşı digər psixi, motoq funksiyalarının ləngiməsi yanaşı adlanır.

Səbəblərdən biri də artikulyasiyada iştirak edən hissələrin qüsurudur: dil, dodaqlarda, damarda olan qüsurlar. Loqopedik məşğələlər bu qüsurları aradan qaldıra bilər. Əgər uşaqda normadan kənar nitq ləngiməsi müşahidə olunarsa, ilkin olaraq səbəb araşdırılmalıdır.