Hansı yaşdan etibarən vəfat etmiş körpə uşağa cənazə qüslü verilməlidir?


Digərləri 21 Apr 2018 19:05:00 305 0

Hansı yaşdan etibarən vəfat etmiş körpə uşağa cənazə qüslü verilməlidir?

Normal şəkildə doğulmuş hər bir şəxsə vəfat etdikdən sonra qüsl vermək lazımdır. İstər bu, bir neçə saatlıq körpə olsun, istər beş yaşlı uşaq, istərsə də böyük adam.

Son.az islam.az-a istinadən bildirir ki, hər bir halda, dünyaya gəlmiş insan müsəlmana yaraşan hörmətlə son mənzilə yola salınmalıdır. Normal şəkildə doğulmamış, yəni bətndən düşmüş (siqt olmuş) körpəyə gəlincə, əgər dörd ayı tamam olmuşsa, onun da cənazəsinə qüsl verib kəfənə bükmək və dəfn etmək lazımdır. Hətta əgər dörd ayından tez düşmüşsə, amma bədən üzvləri tanınacaq şəkildə inkişaf etmişsə, bu halda da qüsl verilməlidir. Bundan tez (kiçik) düşmüş uşağa qüsl verilməz, təmiz parçaya bükülərək dəfn edilər.