Kalmık Milli Dram Teatrının baş direktoru Gənc Tamaşaçılar Teatrında olub


Digərləri 21 Apr 2018 17:18:55 180 0

Kalmık Milli Dram Teatrının baş direktoru Gənc Tamaşaçılar Teatrında olub

Mübariz Həmidov ölkəmizdə səfərdə olan B.Basanqov adına Kalmık Milli Dram Teatrının baş direktoru Qalina Şurayeva ilə görüşüb.

Bakı. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov ölkəmizdə səfərdə olan B.Basanqov adına Kalmık Milli Dram Teatrının baş direktoru Qalina Şurayeva ilə görüşüb. Teatrdan Trend-ə verilən məlumata görə, görüş zamanı iki teatr arasında davam edən yaradıcılıq münasibətləri, Azərbaycan Kalmıkiya mədəni əməkdaşlığında teatrların rolu mövzusunda fikir mübadiləsi aparılıb. İki teatr arasında gələcəkdə daha böyük layihələrin reallaşması ilə bağlı məsələlər müzakirə edilib. Həmçinin Azərbaycan və Kalmıkiya arasındakı qarşılıqlı yaradıcılıq müqaviləsinin növbəti mövsümdə daha da genişləndirilərək maraqlı layihələrin, rejissor və tamaşa mübadilələrinin hər iki ölkə teatrları üçün əhəmiyyətindən danışılıb.