İsmayıllı sakinindən narkotik götürülüb


Digərləri 21 Apr 2018 16:56:00 190 0

İsmayıllı sakinindən narkotik götürülüb

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Bakı. İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, aprelin 20-də İsmayıllı RPŞ-nin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayonun Zərnava kənd sakini Hikmət Abdurəhimov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsindəki yardımçı tikilinin içərisində olan paltaryuyan maşının içərisindən ümumi çəkisi 662 qram olan narkotik tərkibli qurudulmuş marixuana aşkar edilərək götürülüb.