“Eləbelə saxladım salamlaşdım” Qanunu pozan sürücü VİDEO FOTO


Digərləri 21 Apr 2018 16:18:00 234 0

“Eləbelə saxladım salamlaşdım”  Qanunu pozan sürücü  VİDEO  FOTO

Tovuzda reyd keçirilib.

Son.az ARB 24-ə istinadla xəbər verir ki, polis sürücüləri nizam-intizama cəlb edib.

Mənzil başına tələsirsən, lakin ani bir diqqətsizlik sənin bütün planlarını alt-üst edir. Əlbəttə ki, bu arzuolunan hal deyil. Təəssüf ki, sükan sahiblərinin böyük əksəriyyəti bu cür xoşagəlməz məqamlardan nəticə çıxartmır. Əksinə, bir dəfə qayda pozan təkrar eyni əməli törədir. Hətta elə sürücülər var ki, avtomobildə təhlükəsizlik kəmərinin əhəmiyyətindən belə xəbərsizdir.

Düşdüyü problemdən çıxış yolu tapa bilməyən bu sürücülər söz tapmaqda da çətinlik çəkirlər. Lakin sükan sahibləri unutmamalıdır ki, ani bir diqqətsizlik acı sonluqla nəticələnə bilər. İndi onları nizam-intizama dəvət edən qanun keşikçiləri də bu cür halların baş verməməsi üçün daim yollarda hərəkətə nəzarət edirlər.


Xəbərə aid foto