AEBA Azərbaycanda xərçəngin müalicəsinə kömək etmək niyyətindədir


Digərləri 21 Apr 2018 15:42:00 259 0

AEBA Azərbaycanda xərçəngin müalicəsinə kömək etmək niyyətindədir

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) xərçəngin diaqnostikası və müalicəsi üçün Azərbaycana texniki dəstək verməkdə maraqlıdır.

Son.az report.az-a istinadən bildirir ki, bunu qurumun baş direktoru Yukiya Amano bu həftə Bakıda keçirdiyi görüşlərdə səsləndirib.

O deyib ki, rəhbərlik etdiyi Agentlik həmçinin kənd təsərrüfatı sahəsində də Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir.

Azərbaycan Milli Onkologiya Mərkəzinin rəhbəri Cəmil Əliyevlə görüşən Y.Amano bildirib ki, Mərkəzdə radioterapiya sahəsində təkmilləşdirilmə işləri baş verib.