Ölkədə işsizlərin sayı açıqlandı


Digərləri 21 Apr 2018 15:36:00 214 0

Ölkədə işsizlərin sayı açıqlandı

2018-ci il aprelin 1-ə olan göstəriciyə əsasən ölkədə 37,3 min işsiz qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunların 36,6 faizi qadındır.

Azərbaycan Dövlət Statiska Komitəsinin hesabatına əsasən, əvvəlki ayla müqayisədə ölkədə işsizlərin sayı 1,1 faiz azalıb.