Şenol Güneş: "Ölsəydim inanardınız"


İdman 21 Apr 2018 15:18:00 229 0

Şenol Güneş: "Ölsəydim inanardınız"

Beşiktaş-ın baş məşqçisi Şenol Günəş Fenerbahçe derbisində yaşanan hadisələrə münasibət bildirib.

Goal.az xəbər verir ki, başına tikiş qoyulan Günəş onu saxtakarlıqda ittiham edənlərə də sərt cavab verib:

"Edilən söyüşlərə görə Tolga azarkeşlərə cavab verdi. Mən araya girib "etməyin" dedim. Bu vaxt başıma nəsə dəydi. Biz tərəfdən ağlıma heç nə gəlmir. Fikirləşirəm ki, Fenerbahçe-nin problemi də var? Məğlub durumda, meydanda az olan biz idik. Bir penaltimiz verilmədi. Futbolçularım rəqibi təhrik etmədi. O ki qaldı,başımdakı tikişlərin yalan olduğu iddialarına - başımdan futbolçu olduğum vaxt da zədə almışdım. Buna görə çox narahat oldular. Ölsəydim o tikiş gerçək olacaqdı? Onda inanacaqdınız? İnsanlar bir ssenari qururlar, ona da inanırlar. İndi futbolda qayda var, daş yox hətta kağız atılsa belə komandanın meydanı tərk etmək haqqı var"

Xatırladaq ki, Türkiyə kubokunda yarımfinalın cavab qarşılaşmasında oyun 57-ci dəqiqədə yarımçıq dayanadırılıb.