Evdən 10 min tısbağa çıxdı VİDEO FOTO


Digərləri 21 Apr 2018 14:24:00 333 0

Evdən 10 min tısbağa çıxdı  VİDEO  FOTO

Madaqaskarın cənub-qərb sahilindəki ikimərtəbəli evdə 10 min tısbağa aşkarlanıb.

Son.az AsiaOne-a istinadən bildirir ki, evin qonşuluğunda yaşayan şəxslər binadan ətrafa çox pis, kəsif qoxu yayıldığını deyərək polisə şikayətlənmişdilər.

Madaqaskarın Ekologiya və Ətraf Mühitin Mühafizəsi Agentliyinin direktoru Soari Randrianjafizanakanın dediyinə görə, ev müxtəlif növdən olan, fərqli ölçüdə tısbağalarla dolu idi.

Evdə çox pis iy vardı. Hər tərəfdə tısbağalardı. Onların 180-i artıq ölmüşdü.

Həmin tısbağaların qaçaq yolla ölkədən çıxarılması üçün yığıldığı deyilir.


Xəbərə aid fotolar