Balotelli klubundan ayrıldı


İdman 21 Apr 2018 13:34:00 273 0

Balotelli klubundan ayrıldı

İtaliyalı məşhur futbolçu Mario Balotelli Fransanın Nice klubu ilə vidalaşıb.

Goal.az-ın məlumatına görə, 28 yaşlı oyunçu məlumatı şəxsi "İnstagram" hesabından paylaşıb. 

Hücumçu yayda komandanı tərk edəcəyini açıqlayıb: "Burada iki gözəl mövsüm keçirdim. Hər kəsə təşəkkür edirəm. Amma hələ qarşıda 5 oyun var".

İtaliyalı futbolçunun klubu ilə müqaviləsi yayda başa çatır. Beləliklə, Balotelli artıq azad agent kimi digər klublarla danışıqlar aparmaq hüququna malikdir.