Bir "dindar"ın gülləsinə qurban gedən polisin şərəfli xidmət yolu FOTO


Digərləri 21 Apr 2018 13:15:00 307 0

Bir "dindar"ın gülləsinə qurban gedən polisin şərəfli xidmət yolu  FOTO

Daxili işlər orqanlarında vətənini sevən, xidməti borcunu ləyaqətlə yetirən, lazım gəldiyi anda bu yolda canını belə qurban verən əməkdaşlar həmişə olub və onların daim xatırlanacaq ləyaqətli xidməti qürur yerimizdir.

Asayişin, sabitliyin qorunması yolunda canını belə əsirgəməyən əməkdaşlardan biri də Xanlar Balamətovdur. O, Qusar rayon Əcəxur kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Xidməti borcunu yerinə yetirdikdən sonra Bakı şəhərində ali təhsil alıb. 1980-ci illərdə daxili işlər orqanlarında sıravi kimi xidmətə başlayıb. Bir müddət sonra Bakı Xüsusi Orta Milis Məktəbinin qiyabi şöbəsinə daxil olub. Təhsilini başa vuraraq Qusar Rayon Polis Şöbəsində polis sahə inspektoru vəzifəsinə təyin olunub.  

Xidmətinin ilk illərində Xanlar dəfələrlə Şuşaya ezam olunub, qanlı döyüşlərdə iştirak edib.

Sonradan Qusar Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsində sahə rəisi işləyən X.Balamətov rayon ərazisində cinayətkarlığa qarşı keçirilən əməliyyat tədbirlərində iştirak edib, çətin tapşırıqların öhdəsindən peşəkarlıqla gəlib.


Xəbərə aid fotolar