"Shamkir Chess 2018": Şahmatçımız dünya çempionu ilə qarşılaşacaq


İdman 21 Apr 2018 13:15:00 295 0

"Shamkir Chess 2018": Şahmatçımız dünya çempionu ilə qarşılaşacaq

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2018" superturnirində bu gün III turun görüşləri keçiriləcək.

Goal.az-ın məlumatına görə, Azərbaycan təmsilçilərindən Rauf Məmmədov nörveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək. 

Teymur Rəcəbov qara fiqurlarla hollandiyalı Aniş Girini sınağa çəkəcək. Şəhriyar Məmmədyarov isə ağ fiqurlarla Rusiya təmsilçisi Sergey Karyakinlə qarşılaşacaq.

Turun proqramı:

Aniş Giri (Hollandiya) - Teymur Rəcəbov (Azərbaycan)

Dinq Liren (Çin) - Veselin Topalov (Bolqarıstan)

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Sergey Karyakin (Rusiya)

David Navara (Çexiya) - Radoslav Voytaşek (Polşa)

Rauf Məmmədov (Azərbaycan) - Maqnus Karlsen (Norveç)

Görüşlər saat 15:00-da başlanacaq.

Qeyd edək ki, ilk iki turun bütün qarşılaşmaları heç-heçə ilə yekunlaşıb. Hazırda 10 iştirakçının hamısının aktivində 1 xal var.