​Qonşusu ilə mübahisə edən şəxsin maşını yandırıldı VİDEO FOTO


Digərləri 21 Apr 2018 12:53:00 284 0

​Qonşusu ilə mübahisə edən şəxsin maşını yandırıldı  VİDEO  FOTO

Ağstafada yük maşını yanıb.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, hadisə rayonun Eynallı kəndində baş verib.

Kənd sakini Şükür Şükürova məxsus "QAZ-53" markalı yük maşını gecə saatlarında alışmağa başlayıb. Avtomobil sahibi hadisədən xəbər tutana kimi maşına xeyli ziyan dəyib. Şükür Şükürovun dediyinə görə, yanğından bir qədər də gec xəbəri olsaydı, alov yaxınlıqdakı evə də keçə bilərdi.

O, iddia edir ki, yanğını qonşusu qəsdən törədib. Buna səbəb kimi isə bir neçə gün əvvəl həmin qonşu ilə aralarında baş verən mübahisəni əsas gətirir.

Şükür Şükürov məsələ ilə bağlı polisə yazılı müraciət edib. Ağstafa polisindən bildirilib ki, Şükür Şükürovun şübhəli şəxs kimi təqdim etdiyi qonşusu istintaqa çağırılaraq izahatı alınıb.


Xəbərə aid fotolar