Fransa yığması dünya çempionu olarsa nə qədər mükafat alacaq?


İdman 21 Apr 2018 12:23:00 270 0

Fransa yığması dünya çempionu olarsa nə qədər mükafat alacaq?

Futbol üzrə Fransa yığma komandasının dünya çempionatında qızıl medal qazanacağı təqdirdə hər bir futbolçusunun alacağı mükafat müəyyənləşib.

Goal.az-ın məlumatına görə, komandanın hər bir üzvü mundialı qalib başa vuracaqları halda 400 min avro əldə edəcək. 

Qeyd edək ki, DÇ-2018 iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək.