Liqa 1-ə yüksələn ilk komanda bəllidir


İdman 21 Apr 2018 12:46:00 272 0

Liqa 1-ə yüksələn ilk komanda bəllidir

2018/2019 mövsümündə Fransa I Liqasında çıxış edəcək ilk klub müəyyənləşib.

Goal.az-ın məlumatına görə, Fransa II Liqasının 34-cü turunda doğma meydanda Ayacco-nu 1:0 hesabı ilə məğlub edən Reims klubu növbəti mövsümdən etibarən əsas çempionatda iştirak edəcək.

Xallarının sayını 78-ə çatdıran komanda turnir cədvəlinin birinci pilləsində qərarlaşmaqla yanaşı, ən azı ikinci yeri təmin edib.

Qeyd edək ki, Reims 2015/2016 mövsümünün sonunda Fransa II Liqasına enib. Komanda 6 dəfə ölkə çempionu olub.