"Qızıl" kitabın imza günü baş tutdu


Digərləri 21 Apr 2018 12:31:00 416 0

"Qızıl" kitabın imza günü baş tutdu

Bakı Dövlət Universitetində Ələmdar Cabbarlının "Qızıl" adlı povest və hekayələr toplusunun imza günü baş tutub.

Son.az bildirir ki, müəllifin sayca onuncu kitabının imza günündə ziyalılar, ictimaiyyət nümayəndələri və tələbələr iştirak ediblər.

Mərasimdə Ələmdar Cabbarlıya "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi və Azərbaycan Qızıl Aypara Cəmiyyəti adından diplomlar verilib.