Emeri ayrılıq xəbərlərinə münasibət bildirdi


İdman 21 Apr 2018 11:44:00 237 0

Emeri ayrılıq xəbərlərinə münasibət bildirdi

PSG-nin baş məşqçisi Unai Emeri mövsümün sonunda göndəriləcəyi və Real Sociedad ilə görüşdüyü iddialarına cavab verib.

Goal.az xəbər verir ki, heç bir görüşmə etmədiyini qeyd edən mütəxəssis bunları söyləyib:

"Nə mən, nə də mənim adımdan biri başqa klubla görüşməyib. PSG-yə və əlimizdəki hədəflərə cəmlənmiş vəzyətdəyəm. Bunu açıq söyləmək istəyirəm".

Qeyd edək ki, PSG-nin Çempionlar Liqasındakı məğlubiyyətindən sonra Emeri ilə yollarını ayıracağını və yeni baş məşqçinin Tomas Tuhel olacağı bildirilir.